Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi və şərikli kəsmək olarmı?!


Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.

Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər.

Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar.

Lakin bu deyilənlər, Həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olanlar və Həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbb olduğu üçün, Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır. Bu halda Qurban tam kamil hesab olunacaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter