Hansı heyvan növlərindən qurban kəsmək olar və kəsilən heyvan mütləq erkək olmalıdır?!


İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb.


Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz.


= Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter