Həzrət Fatİmə (s.ə) barədə nəql olunan zəİf (etİbarsız) hədİslər -1-
29 Oct
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:
Həsən bin Əli babası Peyğəmbər (s.a.s)-in yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! (“Biharul-ənvar”, 43/səh.42)
CAVAB:
Müəllif rəvayətin əvvəlini və rəvayətdən sonra qeyd olunmuş alim rəyini gizlədərək mühüm bir faktı gizlətmişdir.
Rəvayətin sənədi aşağıdakı kimidir:
قب : ابن عبد ربه الاندلسي في العقد عن عبدالله بن الزبير في خبر عن معاوية بن أبي سفيان قال
İbn Əbd Rəbah əl-Əndəlusi “əl-İqd” kitabında Abdullah b. Zubeyrdən, o da Muaviyə b. Əbu Sufyandan xəbər verərək dedi: ………………
Əllamə Məclisi. Biharul-ənvar, c.43, s.42
Göründüyü kimi, Əllamə Məclisi bu rəvayəti bir əhli-sünnə mənbəsindən nəql edir. Daha sonra isə rəvayətin sonunda yazır:
قال ابن بابويه: هذا غير معتمد
İbn Babəveyh dedi: Bu, etimad olunası deyil.
Onlayn mənbə: 1, 2, 3
Bu cür insanlar islam düşmənləri deyil, bəs nədir?
Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!
İstinad - http://hadis.313news.net/hadith/a-21.html
Fatimə (ə.s) Əli (ə.s)-dan inciyərək atası evinə şikayətə gedir(Şiə hədisləri-zəif hədislər)
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:
Əllamə əl Qummi Əbu Zərdən rəvayyət edir ki: “Mən Cəfər ibn Əbu Taliblə Həbəşistana hicrət etmişdim.Orada 4000 dinar qiyməti olan kəniz Cəfərə hədiyyə verilmişdi.Mədinəyə qayıtdıqdan sonra Cəfər (r.a) bu kənizi Əli (r.a)-a hədiyyə etdi ki,ona xidmət etsin.Əli (r.a) bu kənizi Fatimə (r.a)-ın evində saxlayırdı.Bir dəfə Fatimə (r.a) evə qayıdanda gördü ki,ərinin başı bu kənizin dizlərinin üstündədir.Fatimə (r.a) dedi: “Ey Əbul Həsən! Sən bunu etdin?
Əli (r.a) dedi: Muhəmmədin qızı,mən heçnə etməmişəm,nə istəyirsən?
Fatimə (r.a) dedi: Sən icazə verərsən mən atamın evinə gedim? Əli (r.a) buna razı oldu.Baş örtüyünü alıb,Fatimə (r.a) atasının yanına getdi.” (Şeyx Səduq, ”İləl əş Şərai” səh 163;Məclisi, ”Bihar” c.43,səh 147)
CAVAB:
Bu rəvayətin həcmi çox böyükdür və sənədi aşağıdakı kimidir:
أبى قال: حدثنا سعد بن عبد الله قال: حدثنا الحسن بن عرفة (بسر من رأى) قال: حدثنا وكيع قال: حدثنا محمد بن إسرائيل قال: حدثنا أبو صالح عن أبي ذر رحمة الله عليه قال
Əli b. əl-Huseyn b. Babəveyh əl-Qummi – Sad b. Abdullah - əl-Həsən b. Ərəfə - Vəki - Muhəmməd b. İsrail - Əbu Salih - Əbu Zərr ……….
Şeyx Səduq, İləluş-şərai, c.1, s.163, h.2
Əllamə Məclisi, Biharul-ənvar, c.43, s.147, h.3
Onlayn mənbə A: 1a, 2a, 3a
Onlayn mənbə B: 1b, 2b, 3b
RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
1. əl-Həsən b. Ərəfə
Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.
2. Vəki
Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.
3. Muhəmməd b. İsrail
Şiə rical kitablarında onun İmam Cəfər əs-Sadiq (ə.s)-ın səhabəsi olduğu barədə məlumat var. Ancaq onun şəxsiyyəti barədə, siqa, yaxud zəif olması barədə məlumat yoxdur. Ona görə də “məchul əl-hal” hesab olunur.
4. Əbu Salih
Əbu Salih bu rəvayəti Əbu Zərrdən nəql edir. Lakin nə əhli-sünnə, nə də şiə rical kitablarında Əbu Zərrin Əbu Salih künyəli tələbəsi yoxdur. Deməli, bu şəxs də məchuldur.
NƏTİCƏ:
Rəvayətin sənədi 4 məchul ravi səbəbindən həddən artıq zəifdir.
Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!
İstinad - http://hadis.313news.net/hadith/a-22.html