«Mən Əbu Bəkrin fəzilətini inkar etmirəm» hədisi səhihdirmi?


Bir çox ərəbdilli vəhabi saytlarında, həmçinin bizim milli vəhabi məqalə, bloq və forumlarında bu rəvayət belə təqdim olunur:

و عن الباقر (ع) قال ” و لست بمنكر فضل أبى بكر ، ولست بمنكر فضل عمر ، و لكن أبابكر أفضل من عمر “الاحتجاج للطبرسى تحت عنوان – احتجاج أبى جعفر بن على الثاني فى الأنواع الشتى من العلوم الدينية –
İmam Baqirin (ə) belə buyurduğu nəql olunub: Mən Əbu Bəkrlə Ömərin fəzilətini inkar etmirəm, lakin Əbu Bəkr Ömərdən daha fəzilətli idi. (ət-Təbərsi, əl-İhticac)



Həmçinin milli vəhabilərdən olan Abu Zeyd əl-Kəzzab “Səqəleyn hədisinin şərhi” adlı cızma-qarasında bu rəvayəti İmam Rza (ə)-a nisbət verib.

Mühəmməd ibn Əli ər-Rda demişdir: “Mən Ömərin fəzilətini inkar etmirəm. Lakin, Əbu Bəkr Ömərdən də əfzəldir.” (əl-İhticac 2/479)

Cavab:

1. Bu hədis ət-Təbərsinin «əl-İhticac» kitabında c.2, s.246 və 247-də gəlmişdir və heç bir sənədi yoxdur. Təbərsi «rəvayət olunub ki…» yazmış və heç bir sənəd də qeyd etməmişdir.

2. İmam Cavaddan (ə) olan bu hədis Yəhya ibn Əksəmin cavabında qeyd olunub. Bu rəvayəti bizə qarşı gətirənlər Əbu Cəfər ləqəbini İmam Cavadla (ə) İmam Baqirin (ə) arasında müəyyən edə bilməyiblər və bununla tanışlıqları da yoxdur. Elə buna görə də bu iki İmamın arasında fərq qoya bilməyiblər. (Çünki hər iki İmamın ləqəbi Əbu Cəfərdir – Müt). Hətta Abu Zeyd milli və xarici vəhabilərdən fərqlənərək, bu rəvayəti İmam Rza (ə.s)-a istinad edib.

3. İmam Cavad (ə) bu mətləbi Əbu Bəkr və Ömərin tərəfdarları arasında buyurmuşdur. Təbiidir ki, bir kəs öz müxalifləri ilə münazirə edən zaman onların bütün əqidələrinə olan müxalifətçiliyini açıq-aşkar elan edə bilməz. Bu surətdə də bunun onlara heç bir təsiri olmayacaq. Həzrət İbrahimin (ə) dastanı kimi. Allah bu qissəni belə nəql edir:

فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآَفِلِينَ

Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».

فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ

Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»

فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ

Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.» (Ənam surəsi, 76,77,78)

Həzrət İbrahim (ə) «Günəş, ay, ulduzlar mənim rəbbimdir» deyərkən həqiqətən də bunu qəbul etdiyini demək olmaz. İmam Cavad (ə) da həmçinin öz münazirəsinin əvvəlində düşmənlərinin qəbul etdiyi Əbu Bəkr və Ömərin fəzilətindən danışmış, sonra isə bir cümlə ilə bütün bunları batil etmişdir:

فقال على رأس المنبر : إنّ لي شيطاناً يعترينى، فإذا ملتُ فسدّدونى

Əbu Bəkr minbərə çıxıb dedi: Şeytan mənə müsəllət olub vəsvəsə edir.

Bu rəvayəti bizə qarşı istifadə edənlər də həmçinin hədisin nəqlində əmanətdarlıq etməmiş və sözün davamını nəql etməmişlər. Rəvayəti başdan sona oxumaq üçün BURAYA daxil olunn.



Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə
Redaktə və əlavələr: 313news.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter