İslam dini Digər səmavi dinlərin ardıcılları ilə münasibətin necə olmasını tapşırır?!
Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Quranın əqidəsinə əsasən İslam dini Adlah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə (istər İslam ölkələrinin daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir). Qurani-kərim buyurur; \"Allah sizi din \"İslam” üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.” (Muhəmməd, 8)
Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və İslam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız- hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.
Elə bu səbəbdən də, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qurani-kərimin Bəqərə surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: \"Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.”
Bizim əqidəmizə əsasən, müsəlmanların İslamın bütün əmrlərinə riayət etməsi İslam dininin dünyada tanınması üçün əlverişli amillərdən biridir. Deməli bir daha məcburiyyətə və təziqlərə ehtiyac yoxdur.
Ənbiya (ə) həyatları boyu məsumdurlar
Bizim əqidəmizə əsasən bütün Peyğəmbərlər məsumdurlar. Bu o deməkdir ki, onlar öz ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər xalqı doğru yola çağıran bu insanlar, özləri də günah və xəta sahibləri olsaydılar, peyğəmbər üçün lazım olan etimadı (Allah və xalq tərəfindən) qazana bilməzdilər. Və xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.
Elə buna görə də, diqqət etmək lazımdır ki, Quranın bəzi ayələrində müəyyən peyğəmbərlərə zahirdə bir sıra günahlar nisbət verilibdirsə də, günahın öz həqiqi mənasında deyil, başqa bir məna nəzərdə tutulmuşdur.
Həqiqətdə bu ayələrdə, günah \"tərki-ovla” mənasındadır. \"Tərki-ovla” yaxşı və daha yaxşı (əməl, ibadət) iş arasında yol verilən səhvə deyilir. Yəni bu peyğəmbərlər bəzən daha yaxşı işi təxirə salaraq, əvəzində \"yaxşı işi” əncam vermişlər. Onlar bu işi özləri üçün günah sayaraq ondan tövbə etmişlər. Bu da, bir növ onların uca əzəmətini, böyük şəxsiyyətini və Allah qarşısında həqiqi bəndə olduqlarını yetirir. Başqa bir ibarətlə desək; \"Yaxşıların əncam verdiyi (yaxşı) işlər, Allaha daha yaxın olan gözəl insanlara nisbətən isə \"günah” sayılır (həqiqətdə isə bu, günah deyildir). Çünki bu insanlara olan tələb və istək, (onların məqam və şəxsiyyətlərinə uyğun olaraq) daha üstündür.
Kitabın adı: Bizim dini əqidəmiz - Müəllif: Ayətullah Məkarim Şirazi\\\\ehliwie-samux