İslam ümmətinin imamlığı deyildikdə nə başa düşülür?!


Allah-təalanın hikməti bunu tələb edir ki, insanları doğru yola yönəltmək üçün yer üzərinə müxtəlif peyğəmbərlər göndərsin. Eləcə də, Allahın hikmətinə əsasən bu peyğəmbərlərdən sonra hər bir əsrin və zamanın özünəməxsus \"İmamı” olmalıdır. Bu İmamların vasitəsilə peyğəmbərlərin gətirdiyi din və şəriət müxtəlif təhriflərdən qorunur. Onların rəhbərliyi və köməkliyi ilə hər bir zamanın dini ehtiyacları ödənir, insanlar ilahi peyğəmbərlərin şəriətinə doğru hidayət olunurlar. Əgər ilahi peyğəmbərlərdən sonra İmamlar göndərilməsə, Allahın dini müxtəlif təzyiqlərə məruz qalacaq cürbəcür xurafatlara bulanacaqlır. Və beləliklə də, uca kamilliyə yetişmək hədəfilə yaranmış insan, Tanrı tərəfindən kömək olunmadığına (hidayət olunmadığına) görə öz yaranış hədəfini itirərək, zəlalətə doğru yuvarlanacaqdır.

İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün İmamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s) sonra hər bir əsrdə və zamanda İmamın mövcud olduğuna inanırıq. Qurani-kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: \"Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!” Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus İmamı olduğunu yetirir. Və bu İmamlara itaət etməyin vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin20 əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər.

Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır: \"Ayə hər \"səhv edə biləcək” bir şəxsin \"məsum, günahsız” bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın \"Sadiqlər” adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər \"səhv edə biləcək” şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın. Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus \"Məsumu” vardır. (\"Təfsiri-kəbir”, c. 16, səh. 221) Kitabın adı: Bizim dini əqidəmiz -Müəllif: Ayətullah Məkarim Şirazi\\\\ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter