İmam Həsən Əsgəridən (ə) Həftə içi hər günə məxsus çox fəzilətli namazlar
Şənbə gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, \"Şənbə günü” 4 rəkət namaz qılıb,onun hər rəkətində \"Həmd” \"İxlas” və \"Ayətul Kursi”ni oxuyan şəxsin adını Allah peyğəmbərlərin,şəhidlərin və salehlərin cərgəsinə yazar.Və onlar ən gözəl dostlardılar.
Bazar gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Bazar günü” 4 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” və “Təbarəkəlləzi biyədihil-mulk” surələrini oxuyan şəxsə,Allah-Təala behiştdə istədiyi yerdə yer verəcəkdir.
Bazar ertəsi gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Düşənbə günü” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” surəsini və 10 dəfə “İxlas” surəsini oxuyan şəxsə Allah-Təala qiyamət günü elə bir nur verər ki,muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər.
Çərşənbə axşamı gününün namazı
Həzrəti İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki,Allah-Təala çərşənbə axşamı günü6 rəkət namaz qılıb,hər rəkətdə “Həmd”dən sonra “Amənərrəsul” ayəsini axıra qədər və 1 dəfə “İza Zulzilətil” surəsini oxuyan şəxsin günahlarını bağışlayar,dünyaya gəldiyi gün kimi günahlardan paklanar.
Çərşənbə gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Çərşənbə günü” 4 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd”dən sonra 1 dəfə “İxlas” və “Qədr” surələrini oxuyan şəxsin bütün tövbələrini Allah-Təala qəbul edər.
Cümə axşamı gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Cümə axşamı günü” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd”dən sonra 10 dəfə “İxlas” və “Qədr” surələrini oxuyan şəxsə mələklər deyər. “İstədiyin hacətləri Allahdan dilə,hökmən qəbul olunacaqdır”.
Cümə gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, \"Cümə günü” 4 rəkət namaz qılıb,onun hər rəkətində \"Həmd” \"Təbarəkəlləzi biyədihil-mul” və \"Hamim səcdə” surələrini oxuyan şəxsi Allah-Təala behiştə daxil edər,onu qəbir sıxıntısından və qiyamət gününün qorxusundan amanda saxlayar.
Bu namazı gün çıxandan günortaya qədər qılmaq lazımdır.//ehliwie-samux.com