Səkkizinci İmam Əli ibn Musadan (ə) nəsihət dolu səkkiz hədis!
1.İmam Rza (ə) buyurmuşdur:
لا یَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فیهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ 2ـ وَ سُنَّةٌ مِنْ نَبِیِّهِ 3ـ وَ سُنَّةٌ مِنْ وَلِیِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ، وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِیِّهِ فَمُداراةُ النّاسِ، وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِیِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ
\"Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin bir adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) bir adətinə sahib olsun; 3. İmamının bir adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.”(\"Tuhəful-uqul”, səh.442.)
2.İmam Rza (ə) buyurmuşdur:
لَيْسَ شَيْءٌ مِنَ الْأَعْمَالِ عِنْدَ اللَّهِ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ
\"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.”(\"Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.)
3.İmam Rza (ə buyurmuşdur:
مَنْ لَمْ يَشْكُرِ الْمُنْعِمَ مِنَ الْمَخْلُوقِينَ لَمْ يَشْكُرِ اللَّهَ عَزَّ وَ جَلَّ؛
\"Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”(\"Mizаnul-hikmәt”, 5-ci cild, sәh.153.)
4.İmam Rzadan (ə): \"İlahi bəndələrin ən yaxşıları kimlərdir?” – deyə soruşulduqda, o həzrət buyurmuşdur:
الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا وَ إِذَا أُعْطُوا شَكَرُوا وَ إِذَا ابْتُلُوا صَبَرُوا وَ إِذَا غَضِبُوا عَفَوْا؛
\"Yaxşılıq etdikdə sevinən, pislik etdikdə bağışlanmağını istəyən, bəxşiş etdikdə şükür edən, müsibətə düçar olduqda səbir edən və qəzəbləndikdə əfv edən kəslərdir.”(Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.354; \"Üyunu əxbarir-Riza (ə)”, 2-ci cild, səh.24.)
5.İmam Rza (ə) buyurmuşdur:
مَنْ فَرَّجَ عَنْ مُؤْمِنٍ، فَرَّجَ اللَّهُ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ
\"Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.”(\"Əl-kafi”, 3-cü cild, səh.510.)
6.İmam Rza (ə) ağıllı müsəlmanın on əlamətindən söz açaraq buyurmuşdur:
لَا يَتِمُّ عَقْلُ امْرِئٍ مُسْلِمٍ حَتَّى تَكُونَ فِيهِ عَشْرُ خِصَالٍ الْخَيْرُ مِنْهُ مَأْمُولٌ وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ يَسْتَكْثِرُ قَلِيلَ الْخَيْرِ مِنْ غَيْرِهِ وَ يَسْتَقِلُّ كَثِيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ- لَا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوَائِجِ إِلَيْهِ وَ لَا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ الْفَقْرُ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنَى وَ الذُّلُّ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فِي عَدُوِّهِ وَ الْخُمُولُ أَشْهَى إِلَيْهِ مِنَ الشُّهْرَةِ ثُمَّ قَالَ (علیه السلام) الْعَاشِرَةُ وَ مَا الْعَاشِرَةُ قِيلَ لَهُ مَا هِيَ قَالَ لَا يَرَى أَحَداً إِلَّا قَالَ هُوَ خَيْرٌ مِنِّي وَ أَتْقَى
\"Müsəlman şəxs on xislətə sahib olmayınca ağlı kamilləşməz: 1. Ondan xeyirxahlıq gözlənilər; 2. Onun pisliyi və şərindən amanda qalınar; 3. O, başqalarının az yaxşılıqlarını çox hesab edər; 4. Özünün çox yaxşılıqlarını az hesab edər; 5. Başqalarının istək və diləyindən yorulmaz; 6. Ömrü boyunca elm öyrənməkdən yorulmaz; 7. Allaha ehtiyacı digər ehtiyaclardan üstün tutar; 8. Allah dərgahında kiçik olmağı Allah düşməninin yanında böyük olmaqdan üstün tutar; 9. Tanınmaz qalmağı məşhurlaşmaqdan üstün tutar.”
Sonra İmam Rza (ə) əlavə edərək buyurdu: \"Onuncu xislət daha çox əhəmiyyət kəsb edir.” İmamdan (ə) \"Onuncu xislət hansıdır?” – deyə souşduqda, İmam (ə) buyurdu:\"Gördüyü hər bir kəs haqqında belə düşünsün və desin: \"O, məndən yaxşı və təqvalıdır.”(\"Biharul-ənvar”, Beyrut çapı,75-ci cild, səh.336.)
7.İmam Rza (ə) buyurmuşdur:
مَنِ اسْتَغْفَرَ بِلِسانِهِ وَ لَمْ يَنْدَمْ بِقَلْبِهِ فَقَدِ اسْتَهْزَءَ بِنَفْسِهِ
\"Dildә tövbә еdən, аmmа dахilәn pеşmаn оlmаyan şәхs özünü istehza еtmişdir.”(\"Bihаrul-әnvаr”, 78-ci cild, sәh.356.)
8.İmam Rza (ə) buyurmuşdur:
الصَّغائِرُ مِنَ الذُّنُوبِ طُرُقٌ اِلَي الْكَبائِرِ وَ مَنْ لَمْ يَخَفِ اللهَ فِي الْقَليلِ لَمْ يَخَفْهُ فِي الْكَبِيرِ
\"Kiçik günаhlаr insаnıböyük günаhlаrаdoğru sürükləyir. Hәr kim kiçik günаhа görә Аllаhdаn qоrхmаzsа, böyük günаhа görә dә qоrхmаz.”(\"Bihаrul-әnvаr”, 73-cü cild, sәh.353.)
Rza Şükürlü (Maide.az)