Allah-Taala (c.c) qüdsi hədisdə Həqiqi bəndəni hansı xüsusiyyətləri ilə tanıtdırır?!
Merac görüşünün hədisində gəlmişdir! Allah-Taala (c.c) Hz Peyəmbər (s) buyurdu: \"Ey Əhməd! Aya bilirsənmi necə həqiqi bəndə olmaq olar?!
Hz Peyğəmbər (s) cavab verərək dedi: Bilmirəm!
Uca və Əzəmətli Allah (c.c) buyurdu: Hər kimdə 7 sifət toplanarsa o həqiqi bəndə və abid olar:
1-Təqvası (daxili çəkinmə qüvvəsi) ki, onu günah və çirkinliklərdən çəkindirə!
2-Sakit dura bilməsi ki, onu aid olmayan işlərə qoşulmadan çəkindirə!
3-Qorxu ki, onun göz yaşını və əməllərinin az olmasına qəm edə!
4-Həyası ki, gizlində və tək olanda Məndən qorxmasına və günaha bulaşmaqdan çəkindirə!
5-Halal yeməsi ki, onun həyatının davam etməsi üçün ona ehtiyacı vardır! (yəni haramdan çəkinər və çox yemək onun xüsuiyyəti olmaz!
6-Dünya ilə düşmənçilik etməsi! Çünki mən dünyanı düşmən bilirəm. (yəni dünya onu əsl məqsədindən uzaqlaşdıran səbəbdir!)
7-Saleh və yaxşı insanlarla dostluq etməsi, dostluğu Mənə görə olar ki Mən onları sevirəm.
Mənbə: Bihar Əl-Ənvar, cild-77, səh: 30.