ŞÜBHƏ-17: Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur.


Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur. Deməli Quranda səhv var və Quranı insan yazmışdır.

Cavab: Quranda 25-Furqan s. 37-ci ayədə Nuh peyğəmbərin qövmünün həlak edildiyi bildirilir. Sadəcə Hz. Nuh qövmünün həlak edilməsi üçün bütün dünyanı tufan basması və başqa ərazilərdəki adamların səbəbsiz yerə ölməsi, Allahın ədalətsiz olacağını (peyğəmbər göndərmədən həlak etdiyinə görə) göstərəcəyi üçün, Hz. Nuhun tufanının dünyəvi ola biləcəyi məntiqsizdir. İslam alimləridə Hz. Nuh tufanının regional olduğunu bildirmişlərdir.


Və tufan başlayan zaman Hz. Nuh peyğəmbərin soxulcandan tut filə kimi, anakondadan tut zebraya kimi gəmiyə yığmasıda məntiqsizdir. Bunu Hz. Nuh tufanı olmadığına dair dəlil kimi işlətməkdə həmçinin. Hz. Nuh tufanı sadəcə Quranda regional olduğu bildirilir. Və elm müəyyən ərazidə tufanın baş verə biləcəyini mümkün bilir və Hz. Nuhun gəmisindən qalan qalıqlar tapılmışdır. Köhnə kitabələrdə isə (Şumerlərin daş kitabələrində də, həmçinin) dünyəvi olduğu bildirilib. Bu, Quranın köhnə əlyazmalardan kopyalanmadığını bir daha sübut etmiş olur üstəlik. Ətraflı məlumat üçün: Caner Taslaman: “Bir müslüman evrimci ola bilirmi?”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter