ŞÜBHƏ - 12: Bəs ömrü boyunca İslamla tanış olmayanın günahı nədir?


Cavab: Buna Quranda Musa peyğəmbər ilə Fironun dialoquna nəzər yetirməklə açıqlıq gətirmək istəyirəm: \"Firon dedi: “Bəs əvvəlki (peyğəmbər görməyən) nəsillərin halı necə olacaq?”
Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!””:Ta Ha surəsi 51-52-ci ayələr. Əgər bir insan Qiyamətdə əzab görəcəksə, bunun üçün 2 şey olmalıdır:
1. Allahın mesajından xəbəri.
2. Bu mesajın üzərində təfəkkür edib, dərk edə biləcəyi qədər zaman.
Əgər insanın dindən xəbəri varsa və əhəmiyyət vermirsə, qiyamət günü cəhənnəmlik olması ədalətlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter