Şübhə 10: Yaxşı əməlləri olan ateist cəhənnəmə niyə getməlidir?
Cavab: Kimin cənnətə yada cəhənnəmə gedəcəyini tam əminliklə deməyə bizim səlahiyyətimiz çatmaz. Amma
Quranda (Nisa s. 116-cı ayə) Allahın bağışlamayacağı tək günah sadəcə şirk olduğu bildirilir. Yəni Allaha şərik qoşan şəxs cənnətə gedə bilməz deyə bilərik.
Sual: Niyə?
Cavab: Təsəvvür edin ki, siz kiməsə hotelinizi əmanət edib gedirsiniz. Deyirsiz ki:“Bu gün gələcək qonaqlara hotelin mənə məxsus olduğunu de, sonra isə hoteldən istifadə edə bilmələri üçün, icazə və izahat ver. Hotelin sahibi mən olduğumu onlara mütləq bildir. Çünki, bu mənim üçün önəmlidir.”
Amma həmin adam, bunu bilərəkdən demir. Hoteli öz mülkü kimi təqdim edib, yaxşılıqları öz adına çıxarır. Bu insan yaxşı əməl sahibi kimi görünə bilər, əslində riyakar və yalançıdır.
Onun etdiyi pislik yaxşılığını kölgədə qoyur. Buna görə ona mükafat yox cəza düşür. Eynən dindədə belədir. Əgər ‘Bu kainatın niyə var olduğu?’, ‘Niyə yaşadığın və niyə yaradıldığın?’ kimi ola biləcək ən önəmli mövzulara toxunmadan yaşayırsansa, Allaha və özünə qarşı laqeydlik etmiş olursan ki, bu böyük günahdır. Çünki Allaha qarşı edilmiş hörmətsizlikdir.
Əgər yaxşı əməllərlə dolu həyat yaşayırsansa, bu cəhənnəmin ən pis yox, daha az əzablı olacaq yerə düşməyinə səbəb verər.
Əgər ateist araşdırdığını iddia edərsə ateist qalmasının 2 səbəbi ola bilər:
1. Araşdırması yetərli olmaması.
2. Arqumentlərə subyektiv yanaşması.
Çünki həqiqət Allahın var olduğudur. Hər halda Allah, hər şeyi nəzərə alacaq və ona görə rəftar edəcəkdir.