Şübhə-6: Allah edəcəyimiz hər şeyi bilirsə, niyə bizi yaratdı?


Cavab: “Anadan gəlmə görmə əngəlli olan bir insanın rənglər haqqında doğru məlumatı ola bilməyəcəyi kimi, bizimdə hər şeyi bilən Tanrı barəsində tam dəqiq və doğru fikrimiz ola bilməz”: İsaak Nyuton Demək istəyirəm ki, bu sual “Allah və Zaman” kateqoriyasına daxil edilə biləcək suallardandır. Yəni bizim sonsuzluğu bilib dərk etmədiyimiz kimi, Allahı bilsək də, olduğu kimi tam təfərrüatı ilə dərk etməyimiz, zehnimizə görə mümkün deyil. Bu suala müxtəlif fərziyyələrlə cavab vermək olar. (Ətraflı cavab üçün Enis Dokonun videolarına baxmağınızı tövsiyə edirəm.)

Allah bizim cənnəti və cəhənnəmi qazanmağımızı istəyir. Çünki obyektiv olan rəftar tərzi budur. Əgər birbaşa cənnət və cəhənnəmə yerləşdirmə baş versə idi, onda cəhənnəmlik insan haqlı olaraq Allaha subyektiv yanaşma tərzinə görə şikayət etmək haqqına sahib olardı. Bu isə Allahın ədalətli olmadığını göstərərdi. Amma Allah bizi imtahan edib, nəticələrimizə uyğun olaraq bizlə rəftar edirsə, bu yetərincə obyektiv yanaşma sayılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter