ŞÜbhə-4 Deyək ki, Allah var. Bəs niyə sadəcə bizə görə bu qədər zəhmətə girib bu böyüklükdə kainatı yaratdı?
Deyək ki, Allah var. Bəs niyə sadəcə bizə görə bu qədər zəhmətə girib bu böyüklükdə kainatı yaratdı? Düz dünya üstündə qübbə, yaratması bəs etməzdi?
Cavab: Bunu belə açıqlamaq olar: Günəş işıq saçdığı üçün, günəş adlanır. Yəni Allah ən gözəl yaradılışa sahib olduğu üçün, Allah adlanır.
Məsələn: Bülbül oxusada, oxumasada bülbüldür. Amma oxumağı, onun bülbül olmasına məna gətirir. Yəni Allah, yaratmaq qabiliyyəti olduğu üçün yaradar. Əgər yaratmasa idi, qabiliyyətinin mənası qalmazdı.
Nəticə etibarı ilə deyə bilərik ki, ateistlər irrasional inanclarında təkid edirlərsə, Firon kimi qarşısında əsanı əjdahaya çevirən Musanın təbliği kimi teistlərin açıqlamalarıda faydasızdır. Yəni bütün iddialara cavab verilsə belə, iman gətirməyə qarşı olan zehinə sahib insanın özü bunları görmək istəmirsə, iman gətirməsidə mümkün deyil.