Şübhə-3: Kainatın indiki formada olması tamamilə təsadüf nəticəsidir və təkamül nəzəriyyəsi Allahın yoxluğunu isbat edir?
Şübhə-3 : Kainatın indiki formada olması tamamilə təsadüf nəticəsidir və bizim piratlardan təkamül yolu ilə əmələ gəlməyimiz (Təkamül) nəzəriyyəsi Allahın yoxluğunu isbat edir.
Cavab: Kainatın indiki dizayn və nizama sahib olmasını təsadüfə bağlamaq, fəlsəfi baxımdan irrasionaldır. Bunu yalnız Allaha qarşı qapalı (önyarğılı) zehinlə düşünən insanlar iddia edir. Elm bunun təsadüfən var olmayacaq qədər kiçik ehtimal olduğunu deyir. Və bizim Təkamül nəzəriyyəsinə uyğun olaraq piratlardan gəlməyimizi iddia etmək, heç də Allahı inkar etmək üçün lazımi zəmin yaratmır. Çünki təbiətdəki qanunlar Allahın yoxluğunu göstərməz. Əksinə bir (işləyən) qanun varsa bu qanun qoyanı tələb edər. Çünki ağılsız və şüursuz atomlar öz-özünə həm iş görən, həm də işi gördürən ola bilməzlər. Bu “Yaradılanın yaradacısı öz cinsindən ola bilməz” düşüncəsinə zidddir. Yəni Təkamül doğru olsa belə, Allahı inkar etməyə yox, Allahın qoyduğu qanun kimi qiymətləndirilməyə yönləndirilməlidir. Çünki rasional olan budur.