Şübhə 1: Hər şeyi Allah yaradıbsa, Allahı kim yaradıb?


Cavab: Bu sual “Gülün qoxusu neçə litrdir?” yaxud “Hər şeyi su isladırsa, suyu nə isladır?” sualı kimi yanlışdır.
Çünki Allah yaradılan deyil, yaradandır. O yaradılma özəlliyinin var olma səbəbidir. Allahın Yaradan olduğunu qəbul edirsiniz, sonra da soruşursunuz: Kim Onu yaradıb? Eyni zamanda Onu həm Yaradan, həm də Yaradanın yaratdığını soruşursunuz . Bu zidd və uyğunsuzdur. Sualın mənasızlığının digər tərəfi, Yaradanın özünün yaratmaq qanunlarına tabe etmək istəyirsiniz .Nəyinsə nəticəsində ortaya çıxan şeylərin bir yaradıcıya (niyə var oldu açıqlamasına) ehtiyacı vardır. Kainat “Big Bang” nəticəsində yarandığı üçün yaradıcıya ehtiyacı vardır. Allah isə zaman və məkanı yaradandır.
Materiyadan asılı deyil. Nəyinsə nəticəsində var olmamışdır. Zamandan asılı olmadığı üçündə bir yaradıcıya ehtiyacı ola bilməz. O, Quranın dediyi kimi hər şeyin əvvəli və axırıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter