Niyə İmamların (ə) nəsli Peyğəmbərdən (s) aparılır? – İmam Kazımın (ə) Haruna cavabı


İmam Musa ibn Cəfər (ə) səhabələrinin yanında buyurur: “Bir gün Harun əl-Rəşid məni yanına çağırmışdı. Daxil olan zaman salam verdim və o, da salamın cavabını verdi. Sonra soruşdu: “Məgər mümkündürmü ki, iki xəlifə insanlardan fidyə tələb etsin?”.

Dedim: “Ehtiyatlı ol və İlahi təqvaya riayət et. Məbada düşmənlərimizin yersiz sözlərini qəbul edəsən”. (Tebyan)

Harun dedi: “Sənə bir sual verəcəyəm, əgər cavabını düzgün versən, səni azad edəcəyəm və bundan sonra heç kəsin sənin əleyhinə olan sözünə əhəmiyyət verməyəcəyəm. Hansı səbəblə siz bizdən üstünsünüz? Halbuki, bizlər və sizlər Əbdülmüttəlibin nəslindənik. Əmioğlanlarıyıq?”.

İmam (ə) buyurdu: “Ona görədir ki, Abdullah və Əbu Talib bir ata və anadan olmuşdular. Ancaq Abbasın anası bu ikisinin anasından qeyrisi olmuşdur”.

Harun dedi: “Özünüzə necə icazə verə bilirsiniz ki, sizi Peyğəmbərin (s) oğlanları kimi çağırsınlar? Halbuki, siz Əli ibn Əbitalibin (ə) övladlarısınız. İnsan atası tərəfindən əcdadlarına qoşular, anasının rolu olmaz?”.

İmam (ə) buyurdu: “Əgər Peyğəmbər (s) sağ olsaydı və sənin qızını özünə elçilik etsəydi, qəbul edərdinmi?”.

Harun dedi: “Bəli”.

İmam (ə) buyurdu: “Ancaq əgər məndən elçilik etsələr, qəbul etmərəm”.

Harun dedi: “Niyə?”.

Buyurdu: “Çünki mən onun vasitəsilə dünyaya gəlmişəm, sən isə başqasından dünyaya gəlmisən. O zaman ki, Peyğəmbər (s) xristianlarla mübahilə edirdi, buyurmuşdu ki, ancaq oğlanlarımız, qadınlarımız və özümüz olaq. Bir-birimizə nifrin edək. (O,) ancaq Həsəni (ə), Hüseyni (ə), Əlini (ə) və Fatiməni (s.ə) özü ilə apardı. Ona görə də necə ki, İmam Həsəni (ə) və İmam Hüseyni (ə) öz övladları adlandırdı, biz də onun övladları və zürrəsiyik”.

Harun İmamı (ə) bu cavaba görə təriflədi”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter