İmam Həsənin (ə) romalı alimin 5 məchul sualına verdiyi cavablar


Bir gün Romadan İmam Əlinin (ə) yanına bir nəfər gəlir və deyir: “Mən bu şəhərin əhalisindən biriyəm\". Həzrət (ə) buyurur: “Xeyr, sən bu şəhərin əhalisindən deyilsən. Sən Roma padşahlığından gəlmisən və səni Müaviyyədən bir neçə sual soruşmaq üçün göndəriblər. Müaviyyə onların cavabını bilmədiyinə görə, mənə müraciət etmisən”. Həmin şəxs deyir: “Bəli, düzgün buyursunuz. Müaviyyə məni gizlicə sizin yanınıza göndərib ki, bu sualların cavabını öyrənim. Bu mövzunu onunla məndən başqa heç kəs bilmirdi”. İmam Əli (ə) buyurur: “Nə istəyirsənsə bu iki oğlumdan soruş və kifayət qədər cavab alacaqsan”. (Tebyan)

Həmin şəxs İmam Həsənə (ə) işarə edib ona sual verəcəyini bildirdi. O, İmam Həsənin (ə) yanına gəlir və suallarını vermək istəyəndə, İmam Həsən (ə) buyurur: “Bu sualları soruşmaq üçün gəlmisən:

- Haqla batil arasındakı fasilə nədir?

- Yerlə səma arasında nə qədər fasilə vardır?

- Şərqdən qərbə qədər nə qədər məsafə vardır?

- Göy qurşağı nədir?

- O on şey nədir ki, biri o birisindən daha möhkəmdir?”.

Romalı kişi təəccüblə halda deyir: “Bəli, mənim suallarım bunlardır”.

İmam Həsən (ə) bir-bir suallara cavab verməyə başlayır və buyurur: “Haqla batil arasında dörd barmaq qədər fasilə vardır. O şeyi ki, gözünlə görürsən haqdır, o şeyi ki, eşidirsən batildir.

Yerlə göy arasındakı fasilə məzlumun zalımın əleyhinə görə etdiyi dua qədərdir.

Şərqlə qərb arasındakı məsafə isə günəşin bir gün ərzində hərəkət və fırlanma sürəti qədərdir.

Göy qurşağı Rəhman Allah tərəfindən yer əhlinin qərq olmaq və başqa hadisələrdən amanda qalmağının əlamətidir.

O, on şey isə bunlardır:

Allah daşı yaratdı və ardınca dəmiri meydana gətirdi. Həqiqətən dəmir daşı tikə-tikə edər. Sonra atəşi yaratdı ki, dəmiri əritsin və su etsin. Atəşdən də sərti sudur ki, atəşi söndürər. Sudan sərt olanı buluddur ki, onu həml edər və ötürər. Buluddan da güclüsü küləkdir ki, buludu bu tərəf və o tərəfə aparar. Küləkdən qüvvətlisi o qüvvədir ki, ona nəzarət edər. Ondan da sərti ölüm mələyi Əzrayıldır (ə) ki, hər şeyin canını alar. Ondan da mühüm olanı ölümün özüdür ki, Əzrayılın (ə) da canını qəsb edər. Ölümdən də möhkəmi İlahi iradədir ki, ölümü aradan qaldırar və Qiyamət günü ölüləri dirildər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter