Məsum imamların Quyu ilə dərdləşməyinin hikməti nə idi?!


Meysəm Təmmardan nəql olunan hədisə əsasən, İmam Əli (ə) quyu ilə dərdləşirdi. İmamın (ə) quyu ilə dərdləşməsi – əslində Həzrətin (ə) Uca Allahla münacatı idi. Elə sirlər var idi ki, İmam (ə) onu insanlara deyə bilmirdi, onları qoruyurdu. Və belə olan halda, quyu vasitəsilə qəlbində olanları Allaha deyə bilərmiş.

Bəzən insan münacat edən zaman bəzi məkanların ona xüsusi təsiri olur. Həmin məkanda Allahla münacatı daha hüzurlu olur. Ola bilsin ki, İmamın (ə) quyuya dərdini deməsi məhz bu amillə bağlıdır.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, səhabələrindən birinə buyurur: “Nə zaman ürəyin sıxılsa, bir çuxur qaz və sirrini onun daxilinə söylə”.

Bunu qeyd etməliyik ki, İmam Əli (ə) məsum İmam (ə) idi və onun tutduğu məqam və bildiyi elm, adi insanlar üçün dərk olunası deyil. Əgər İmam (ə) quyu ilə dərdləşirdisə, bunun dərin hikməti və fəlsəfəsi vardır.

İmamın (ə) qəlbində o qədər sirlər vardı ki, onu əgər insanlarla bölüşsəydi, onlar bu sirlərə tab gətirə bilməzdilər. Ona görə də İmam (ə) bəzən qəlbində olanları boşaltmaq üçün sirlərini quyuya söyləyər, Allahla münacat edərdi. Bu yolla hüzur əldə edərdi.

Bununla yanaşı, başqa İmamlar (ə) da öz ardıcıllarına tövsiyə edirlər ki, başqalarına deyə bilmədiklərini quyuya desinlər, ya çuxur qazıb ora desinlər. Bununla ürəklərində olanları boşaldar və rahatlanarlar. (Beytutə)

Məzlum İmam (ə) da öz dövrünün əziyyətlərinə səbir edərək, qəlbini böyük dərdlər üçün məkan qərar vermişdi. Ancaq bu dərdləri quyuya söyləyərək, onlardan azad ola bilmişdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter