Körpənin qulağına azan və iqamə oxunmasının nə faydası vardır?
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman oğlun və ya qızın olsa, sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu halda şeytan ona heç bir zaman ziyan vurmaz”.
İmam Sadiq (ə) Əbu Yəhyadan soruşur: “Övladlarınız dünyaya gələn zaman onlarla nə edirsiniz?”.
Deyir: “Bilmirik nə edək”.
Buyurur: “Bir mərci boyda inək südündən götür və onu suda həll et. Sonra ondan iki damcısını (övladın) burnunun sağ deşiyinə və bir damcısını sol deşiyinə tök.
Sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu işi körpənin doğum bağı kəsilməmişdən əvvəl yerinə yetir. Çünki belə olan zaman heç bir vaxt pərişanlıq görməz, cin vurmağa düçar olmaz”./Deyerler.