İnsanın zati fəqirliyi nə deməkdir?


Rəhmətlik İmamın (r.ə) “Vədeyi didar” kitabında oğluna yazdığı nəsihətlərin birində oxuyuruq: “Oğlum! Əhməd Xomeyni! Allah hidayətini sənin ruzin qərar versin! Dünya istər əzəli olsun, istərsə də əbədi – hamı fəqirdir. Çünki var olmaq onların zatı deyildir.

Əgər fəqir olan bu cahana xitab edərək desən ki: “Ey fəqir varlıqlar! Kim sizin ehtiyacınızı aradan qaldıra bilər?”. Hamısı fitrət dili ilə fəryad çəkərlər: “Biz o mövcuda möhtacıq ki, bizim kimi fəqir deyildir və kamil varlıqdır”. Bu fitrət də onların özündən deyildir.


“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din – budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).

Tövhid fitrəti Allahdandır və fəqir məxluqlar zatən fəqir və möhtacdırlar. Onların fitrətinin fəqir olması həmişəlikdir. İstər əzəli olsun, istərsə də əbədi. Ondan başqası işləri aça bilməz. Hər kimin camalı və kamalı vardır – özündən deyildir, Ondandır.


“Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı(düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir”.(“Ənfal” 17).

Çalış xəlvətdə bu haqda düşün və qəlbinə təlqin et. Təkrar et ki, dilə gəlib çatsın. Varlığında onun cilvəsi nümayiş olsun. Mütləq ehtiyacsıza (Allaha) qoşul ki, hər kəsdən ehtiyacsız olasan. Ondan vüsal tövfiqi istə ki, səni hər kəsdən və özündən də ehtiyacsız etsin”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter