Ölüm Mələyi ruhunu qəbz etməyə gələndə… Ali Davud hikmətindən nəsihətlər


Ali-Davud hikmətində oxuyuruq: “Aqilə lazımdır ki, dilinin gözətçisi olsun. Diqqəti yerinə yetirdiyi vəzifədə olsun. Hər kim ölümü çoxlu yada salarsa, dünyanın azına qane olarsa – dünyanın çətinlikləri və hadisələri onun üçün asan olar. Hər kim dedikləri sözləri sayarsa, danışığı az olar”. Çünki görər ki, sözlərinin əksər hissəsi boş sözlərdir.

“Bil ki, sənin ən yaxşı halın – o zamandır ki, dilini qeybətdən, söz gəzdirməkdən, yersiz söz deməkdən saxlayasan. Əvəzində dilini Sübhan Allahın zikrinə vadar edəsən.

Həqiqətən ömür – ticarət üçün böyük sərmayədir. Ona görə də nə zaman Allahı zikr etməyi tərk etdin və yersiz söz dedin – o kəs kimi olarsan ki, dürr görər və onu götürmək əvəzinə daş götürər.

Ölüm Mələyi ruhunu qəbz etmək üçün gələn zaman ayıq ol. Əgər ondan bir saat və ya bir neçə dəqiqə möhlət istəsən, “Lə iləhə illəllah” desən də, alınmayacaqdır. Baxmayaraq ki, bütün dünyaya malik olsan və ona bağışlasan belə.
O qədər insanlar vardır ki, dəyərli ömürlərini yersiz işlərə sərf edirlər. Bunun özü böyük ziyandır.

Həqiqətən mömin o kəsdir ki, sözü – ancaq Allah zikri olar, sükutu – təfəkkür və nəzər salması – ibrət üzərindən olar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter