İlin hansı 5 münasibətli gecələrində dualar qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur:

“Beş gecə vardır ki, dualar o gecələrdə rədd olunmaz:

1. Rəcəb ayının ilk gecəsi.
2. Nimeyi-Şəban gecəsi.

3. Cümə gecəsi.
4. Fitr bayramı gecəsi.
5. Qurban bayramı gecəsi”.

Uca Allahın xüsusi zaman və məkanları vardır ki, həmin zaman və məkanlarda dualar rədd olunmaz, qəbul olunar. Bu zamanlardan beşini Peyğəmbərimiz (s) bizə tanıtmışdır.

İmam Əli (ə) Fitr bayramı ilə bağlı buyurur: “Allahdan istəyin və dua edin və bilin ki, bu duaları Allah yerinə yetirər”.

Bildiyimiz ki, Allahın şərəfli ayları içərisində Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Bu, elə aylardır ki, Allahın rəhmət qapıları bəndələrin üzərinə açılar və yağış kimi insanların üzərinə yağar. Ona görə də bu zamanları fürsət bilib, onlardan bəhrələnmək lazımdır.

İstər Rəcəb ayının ilk gecəsi olsun, istər Şəban ayının 15-ci gecəsi olsun, istərsə cümə gecələri olsun... onların hamısı bizə verilən fürsətlərdir.

Məsumlarımız (ə) buyurur ki, əgər dualarının yerinə yetməsini istəyirsənsə, bu zamanları qənimət bil və onlardan istifadə et. Həm günahlarının bağışlanması üçün, həm ruzinin artması üçün, həm xəstəliklərdən uzaq olmaq üçün... (Beytutə) Hər bir halda bu beş gecənin qədrini bilək və onlardan faydalanaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter