Hz İmam Əlinin (ə) atası Əbu Talib (r) kafir idi?!


İmam Əli (ə.s) buyurur: \"Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib , Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər\". Ondan soruşdular: \"Bəs onlar nəyə pərəstiş edirdilər?\" Həzrət Əli (ə.s) cavab verdi: \"Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə.s) dinində idilər, bu dinə bağlanmışdılar\"

(Ayətullah Reyşəhri\"Mövsuətu`l-Əliyyibni Əbi Talib\",cild 1, səh 63)
(Seyyid Haşim Bəhrani - \"Təfsiru`l-burhan\", cild 3, səh. 795).

İmam Səccaddan (ə.s) soruşurlar ki, Əbu Talib mömin idi yoxsa yox? O, belə cavab verir: \"Bəli\". \"Bəs, camaat deyir ki, guya kafir idi?\" sualına isə İmam narahat halda belə cavab verir: \"Çox maraqlıdır, görəsən onlar bununla Əbu Talibə tənə vururlar, yoxsa Peyğəmbərə? Allah-Təala öz peyğəmbərinə əmr etmişdi ki, heç bir mömin qadını kafir kişinin kəbinində saxlamasın. Şübhəsizdir ki, Əsəd qızı Fatimə ilk iman gətirmiş qadınlardan idi. Əbu Talib vəfat edincəyə kimi Fatimə onun kəbinində yaşamışdır\" (yəni əgər Əbu Talib kafir olsaydı, Peyğəmbər onunla həyat yoldaşı Əsəd qızı Fatimənin nikahını pozardı. Peyğəmbərin həyatından məlumdur ki, o bu əmrə ciddiyyətlə riayət edirdi. Hətta öz qızı Zeynəbin əri Əbu`l-As müsəlman olmadığından, Peyğəmbər onların nikahını pozmuşdu)

(İbn Əbil-Hədid - \"Şərhu Nəhcu`l-bəlağə\", cild 3, səh. 312)

İmam Əli (ə.s) öz atasının imanını gizli saxlamasının səbəbini çox aydın şəkildə bildirmişdir: \"Vallahi, Əbu Talib mömin və müsəlman idi, amma qüreyşilərin Bəni-Haşimi özlərindən uzaqlaşdıracağından qorxaraq, imanını gizli saxlamışdı\"

(\"Əl-Ğədir\", cild 7, səh. 388).

Əhli-xilafın iddiasına görə, İmam Əlinin (a) atası, Peyğəmbərin (s.a.a.s) əmisi olan Əbu Talib kafir olaraq ölüb. Deməli bunların məntiqi ilə, Peyğəmbərə (s) görə hər cür əzab-əziyyətə dözən, bütün həyatını Peyğəmbəri (s) qorumağa sərf edən Əbu Talib kafir olaraq ölüb, amma bütün həyatını Peyğəmbərlə (s) vuruşan, sonda isə məcbur olub islami qəbul edən Əbu Sufyan, oğlu Müaviyə, nəvəsi Yezid isə müsəlman olaraq ölüblər. Aydın görünür ki, İmam Əlinin (a) atasına kafir demələri, İmam Əliyə (a) əziyyət vermək üçün, Peyğəmbərə (s) tənə vurmaq üçündür. Bu cür məntiqdən Allaha sığınırıq. Verdiyi ağıl nemətinə

Allaha şükürlər olsun.-Mənbə: \"Həqiqətlər\" kanalı, Telegram


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter