Salam verərkən əllə görüşənin, ayrılanda günahları tökülər!


Salam sözü Quranda 40 dəfə istifadə olunmuşdur. Bəzən Allah öz seçilmiş bəndələrinə salam verir. “Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!”. (“Saffat” 181).

“(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en”. (“Hud” 48).

“Salam olsun Musaya və Haruna!”. (“Saffat” 120).

Bəzən də mələklər behiştə daxil olanlara salam verirlər. “(Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür». (“Qaf” 34).

Behişt əhlinin salamı – İlahi şükürdür. “Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir)”. (“Yunus” 10).

Behiştin adlarından biri Dar-üs-Salam adlanır. “Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və(ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir”. (“Saffat” 25).

Salam haqqında çoxlu hədislərimiz də vardır ki, onların bəzisi ilə tanış olaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Ənəs! Görüşdüyün hər kəsə salam ver – Allah həsənələrini artırar. Evində salam ver – Allah bərəkətini artırar”.

Hədislərin birində oxuyuruq: “Hər kim on nəfər müsəlman ilə rastlaşar və onlara salam verər – Allah qul azad etməyin savabını ona əta edər”.

İslam dini müsəlmanlar arasında vəhdətin və məhəbbətin bərqərar olmasını istəyən bir dindir. Bununla bağlı bir neçə göstərişləri vardır. O cümlədən: görüşən zaman əl vermək, bir-birini sileyi-rəhm etmək və həmçinin bir-birinə salam vermək.

Salam vermək də müsəlmanlar arasında vəhdətin yaranmasına səbəb olar, eyni zamanda insanlara çoxlu həsənələr qazandırar ki, axirətdə onun meyvəsini yeyərlər.

İmam Əli (ə) buyurur: “O zaman ki, (din) qardaşınla görüşürsən, əl verin və bir-birinizə xoş üz göstərin ki, ayrılan zaman bütün günahlarınız bağışlanmış olsun”. (Həvzəh)

Salam vermək insanı həm Allahın və həm də xəlqin məhbubu edər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter