İmam Sadiq (ə) buyurur: Üç neməti qazanmaq üçün üç əməli yerinə yetirmək lazımdır!!


Müaviyət ibn Vəhəb deyir: Bir gün İmam Sadiq (ə) mənə buyurdu: Ey Müaviyə! Hər kim üç əməli yerinə yetirə bilərsə, üç nemətdən məhrum qalmaz.
1-Hər kim dua etməyə müvəffəq olarsa, duanın qəbul olunmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. –Ğafir-60

2-Hər kim şükür etmək bacarığını əldə edərsə, nemətin çox olmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.- İbrahim surəsi ayə-7.

3-Hər kim Allah təvəkkül edərək Ona sığınarsa, işinin Allah-Taala (c.c) tərəfindən həll olunmasından məhrum olmaz. Bu dəlilə əsasən ki, Allah-Taala (c.c) Qurani kərimdə buyurubdu:
“və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.” –Təlaq surəsi, ayə-3.

Ümidvarıq ki, Allah-Taala (c.c) bizləri bu əməl və işlərə müvəffəq etsin.”.
Mənbə: Gəncineyi Maarif cild-1, səh: 429.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter