Qİyamətdə bİxəbərlərİn vəzİyyətİ necə olacaq?


Cavab: Əgər bu şəxslər həqiqi dini müəyyənləşdirmək üçün imkanlara malik olduqları təqdirdə axtarış aparmamışsa, üzürlü sayılmayacaqdır. Yox əgər həqiqi dini müəyyənləşdirmək üçün heç bir imkanları olmamışsa, Allah hüzurunda üzürlüdürlər. Belə insanları aləmlərin Rəbbi cəzalandırmayacaq. Amma bütün bəşəriyyət dərk etdiyi həqiqətlərə əməl etməlidir. Düşüncəsini işə salan insan bilir ki, Allah var, ədalət yaxşıdır, zülm pisdir, fəsad və azğınlıq alçaqlıqdır. Demək, insan başa düşdüklərinə əməl etməlidir. Belə insanlar Quranda “müstəzəf” adı ilə yad olunur. Böyük İslam təfsirçiləri müstəzəfləri yad edən ayələr haqqında geniş araşdırmalar aparmışlar. İmamlardan nəql olunmuş rəvayətlərdə maraqlı nöqtələr bəyan olunur. Uyğun mövzuda daha artıq məlumat əldə etmək üçün aşağıdakı mənbələrə müraciət edin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter