İmam Sadiqin (ə) hədisinə əsasən ən çətin vacibatlar hansılardır?!


İmam Cəfər Sadiqin (ə) səhabə və ravilərindən biri nəql edərək deyir: İmam Sadiq (ə) mənə buyurdular: Səni Allahın insanlar üçün ən çətin vacibatlarından xəbərdar etmiyimmi?!

Həzrət Cəfər Sadiqə (ə) ərz etdim: Xeyrimə olanı bilməyim lazımdır!! İmam Cəfər Sadiq (ə) buyurdular: “Allahın ən çətin vacibatları ibarətdilər”-


1- İnsanlarla insaflı rəftar etmək. (yəni özünə istədiyini başqlarına istəyərək, özünə bəyənmədiyini başqlarına rəva görməyəsən!”


2-Qardaşının köməyinə yetişmək! (yəni din qardaşının hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək!”


3-Allahı hər bir yerdə xatırlamaq! (yəni Allahın haram buyurduqları ilə qarşılaşdıqda Onu hər şeyi görən bilmək və Allahın vacibatlarının vaxtı gələn zaman tənbəllik etməməyə çalışmaq!”

Mənbə: Gəncineyi Maarif kitabı tərcümə, cild-1, səh: 140.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter