İbn Abbas müsəlmanları yaxşılığa dəvət və pislikdən çəkindirmək istəyənə hansı nəsihəti etdi?!


Bir nəfər Abdullah ibn Abbasa dedi: İstəyirəm insanları yaxşılığa dəvət edərək və pisliklərdən çəkindirərək onları nəsihət və möizə edəm!!
İbn Abbas o şəxsdən soruşdu: Başlamısanmı?! Dedi: Qərara gəlmişəm! İbn Abbas dedi: Maneəçiliyi yoxdur edə bilərsən!
Amma insanları nəsihət və möizə etmək istəyirsənsə diqqətli ol ki, Qurani Kərimin üç ayəsi səni rüsvay etməsin!!

O şəxs dedi: Hansı üç ayə?! İbn Abbas dedi:
1- Onlardan birincisi “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?- Bəqərə-44.
Sən inanırsanmı ki, bu ayənin müraciət edənlərindən və tənqid olunanlardan deyilsən?!! O Şəxs dedi: Xeyr yəqinim yoxdur ki mən hər şeyə əməl etmiş olam!

2-İkinci ayəni de! İbn Abbas dedi: ikinci ayə budur ki buyurur: “ Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?, Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.- Səff surəsi-2-3.
Bu ayəyə nisbətdə necə? Əminsənmi ki, ayələrin danladıqlarından deyilsən?!
O şəxs dedi: Xeyr! Əmin deyiləm ki bildiklərimə əməl edəm!


3-Üçüncü ayəni de! İbn Abbas dedi: “Üçüncü ayə Allah-Taalanın dediyidir Saleh Bəndəsi olan Həzrəti Şüeybin (ə) dilindən ki, insanlara belə dedi:
“Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm.”- Hud: 88.
Sən bu ayəyə əməl edənlərdənsən?!

O şəxs dedi: Xeyr. İbn Abbas o şəxsə belə dedi: Dediklərimə əsasən yaxşılığa dəvət və pisliklərdən çəkindirmək üçün birinci özündən başla! Sonra isə başqlarının haqqında bu işi gör!! – Mənbə Gəncineyi Maarif kitabı cild-1, səh: 121-122.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter