Hədislərə əsasən hansı növ inadkarlıq bəyənilir?!


Tərslik etmək ağlı qaraldar. İnsanın özünə ziyan vurduğu kimi, düşmənlərinin sayını da artırar. Ancaq Allah sevgisini qazanmaq üçün insanın inadkarlıq etməsi bəyənilən əməllərdəndir.
İnsanların əksər hissəsi məqam əldə etmək və ya müvəffəqiyyət qazanmaq üçün inadkarlıq edər və başqalarının rəftar və sözlərini batil nişan verərlər.

Hər bir insan öz şəxsiyyətini sübut etmək üçün şöhrətə və vəzifəyə can atar. Bu yolla həm ailəsinin və həm də qohumlarının sevimlisinə çevrilər. Bütün bu istəklər insanın cavidanlıq sevgisindən irəli gəlir. Bu istək bəzən mötədil olur və bəzən də ifrat dərəcəsində. Əgər insan ictimai həyatında mötədilliyə riayət edərsə, insanın özünə etimadı artar. Bu işin sonunda razılıq və sevinc durur. Ancaq ifrat edilən zaman insan izzəti nəfsini əldən verər və özünü zillətə salar.


İnsanın özünü başqalarından üstün bilməsi onu haqq yolundan azdırar. Haqq qarşısında tərslik və indakarlıq edər. O kəs ki, başqalarına insani dəyər vermir və onları öz ölçüsündən alçaq hesab edir, bu cür insan heç bir zaman başqalarının sözünü qəbul etməz. Çünki inanmır ki, başqası ağıl cəhətdən ondan üstün ola bilər, ondan yaxşı dərk edə bilər. Ona görə də hər kim ona haqqı deyər, onunla tərslik edərək, mübahisəyə qalxar.


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər istəyirsən ki, Allah səni sevsin, Ondan qorx. Həyatında dindarlığı öz yolun qərar ver. Əgər insanların arasında sevimli olmaq istəyirsənsə, əvvəl onlara yaxşılıq və xidmət et. İkincisi onların mal-dövlətinə ümid və tamahın olmasın ki, həmişə başıuca və əziz olasan”.


Həzrət (s) başqa yerdə buyurur: “Hər kim haqlı olmağına baxmayaraq, inadkarlıqdan çəkinərsə, behiştin yuxarısında onun üçün ev inşa edilər. Hər kim batildir, inadkarlığa göz yumarsa, behiştin ortasında onun üçün ev inşa edilər”.

Beləliklə deyə bilərik ki, Allah sevgisini əldə etmək üçün inadkarlıq etmək nəinki qadağan olunmamış, bəlkə mədh də edilmişdir. Məsumlar (ə) buyurur: “Allah hacətində inadkarlıq edəni sevər. O kəs ki, hacətini ən azı üç dəfə təkrar edər və onun qəbul olmasının ardınca olar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter