Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?
İnsanların ölüm vaxtı məlum deyildir.
Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar. Əgər bu hal ondan alınarsa, həyatı sönər. Hədislərin birində deyilir: “Arzu - ümmətimin rəhmətidir. Əgər insandan arzunu alarlarsa, ana öz körpəsinə süd verməz. Bağban bağçanı əkməz. Əgər insan öz ölümündən xəbərdar olarsa, ölümünə yaxınlaşan illərdə qəm və qüssə bütün vücudunu əhatə edər. Fikri pərişan olar. Bütün səy və çalışmalardan əl çəkər”.
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər.
Əgər insan öz ixtiyarı ilə bu yolu seçərsə, bu, onun üçün kamal hesab edilər. Əgər insan ölüm vaxtını bilərsə, üsyankar ruhla böyüyər. Bu cür insan ölümünə az qalmış tövbə etməyi qərara alaraq, qalan ömrünü günaha və itaətsizliyə sərf edəcəkdir. Bu cür tövbə azad ruhla edilməmişdir. Bu cür insan behiştə getmək üçün tövbə edər.
Bütün insanların bu dünyadakı hədəfi - yollarını azad və ixtiyarı olaraq seçməkləridir. İnsan öz iradəsi ilə Allah yoluna addım atarsa, daxilində inkişaf və kamala meyl yaranar. O, bu yolda daha çox addımlamaq istəyər./Deyerler.