Yeməkdən öncə və sonra əlləri yumaq ruzi və ömrü artırar?! İmam Sadiqin (ə) hədisi
Əlləri yumaq sadə bir adətdir ki, çox az çalışmalara ehtiyac duyur. Xüsusi təchizata da ehtiyac yoxdur. Amma bu yolla insan bir çox xəstəliklərdən amanda olur.
Həkimlərin dediyinə görə əgər yeməkdən əvvəl və sonra əllər düzgün şəkildə yuyularsa, bir çox xəstəliklərin qarşısını alınmış olar. Bu məsələyə diqqət etmək həm uşaqlar və həm də böyüklər üçün zəruridir.
Bu haqda İslam dinində də çox sayda hədis vardır. İmam Baqir (ə) nəql edir: “Yeməkdən əvvəl və sonra dəstəmaz almaq - yoxsulluğu aradan aparar”. İmam Əli (ə) buyurur: “Yeməkdən əvvəl və sonra əlləri yumaq - ruzinin artmasına səbəb olar”.
İmam Sadiqdən (ə) nəql edirlər ki, buyurub: “Yeməkdən əvvəl və sonra dəstəmaz almaq ruzini artırar”. Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim istəyirsə ki, evinin bərəkəti çox olsun, yeməkdən əvvəl dəstəmaz alsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl dəstəmaz almaq yoxsulluğu aradan aparar, ondan sonra dəstəmaz almaq qəm və qüssəni aradan aparar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim yeməkdən əvvəl və sonra əllərini yuyar, həyatı genişlənər, xəstəlikləri aradan gedər.” Həzrət (ə) başqa yerdə buyurur: “Yeməkdən əvvəl və sonra əlləri yumaq ömrü uzun edər, paltarın pis iyini aparar və gözlərə nur verər”.
“Əl-Kafi” kitabında oxuyuruq ki, İmam Sadiq (ə) buyurub: “Əllərinizi yuyun ki, əxlaqınız yaxşı olsun”./ Deyerler.