Hz Peyğəmbərin (s) nafilə namazlarının qılınmasını tapşırmasının sirri nədədir?!
Abdullah ibni Sənan səhabə nəql edir: “İmam Sadiqin (ə) xidmətində olan zaman ona dedim: Nə üçün Peyğəmbər (s) zöhr namazından əvvəl 8 rükət nafilə və əsr namazından əvvəl 8 rükət nafilə namazı qılardı? Həmçinin niyə məğrib namazından sonra 4 rükət nafilə qılardı və niyə gecə namazını gecənin sonunda qılardı, əvvəlində deyil?”.
Həzrət (ə) buyurdu: “Nafilələrin qılınması – vacib namazların təkidi üçündür. Belə ki, əgər insanların namazları ancaq dörd rükət zöhr olsaydı, ona görə mütləq səhlənkarlıq edərdilər. Bu həddə ki, bəzən vaxtını belə keçirərdilər və onu qılmazdılar. Ancaq o zaman ki, vacib namazlardan başqası haqlarına (boyunlarına) qoyular, namazın çox olmasına görə sürətlənərlər ki, bəlkə hamısını vaxtında yerinə yetirə bilsinlər.
Həmçinin (bu mövzu) əsr namazının əvvəlində olan nafiləyə də aiddir. Yəni, (nafilə) namazı təyin edildikdən sonra insanlar sürətləndilər ki, həm nafiləni qıla bilsinlər və həm də vacib namazı.
Həmçinin məğrib namazından sonra qılınan 4 rükət nafilə də o cür. Gecə namazının gecənin sonunda qılınmasına ona görə göstəriş verilmişdi ki, sübh namazının qılınması üçün sürətlənsinlər. Ona görə də bu səbəbdən namazlar bu keyfiyyətlə vacib buyurulmuşdur””. /Deyerler.