Namazın bəzi əməllərinin fəlsəfəsi İmam Əlinin (ə) mübarək izahında ...


Bir nəfər Həzrət Əlidən (ə) soruşdu: “Təkbirətul-ehram” deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?’’. İmam (ə) buyurdu: “Mənası budur ki, Allah böyukdur, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz”.
Soruşdu: “Ruku halında boynu (yuxarı) dartmağın mənası nədir?’’. İmam (ə) buyurdu: “Mənası budur ki, Allaha iman gətirdim, hətta boynumu vursalar belə”.

Soruşdu: “Birinci səcdənin mənası nədir?”. İmam (ə) buyurdu: “Mənası budur ki, “Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan”; başı səcdədən qaldırmağın mənası budur ki, “Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan”. 2-ci səcdənin mənası budur ki, “Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan”; başı 2-ci səcdədən qaldırmağın mənası budur ki, “Pərvərdigara! Sən bir daha bizi (Qiyamət gunundə)yerdən çıxardacaqsan”.

Soruşdu: “Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın ustunə qoymağın mənası nədir?”. İmam (ə) buyurdu: “Mənası budur ki, “Pərvərdigara! Batili öldur, haqqı bərgərar et və möhkəm saxla”.

Soruşdu: “Camaat namazında pişnamazın “əssəlamu ələykum” deməsinin mənası nədir?”. İmam (ə) buyurdu: “İmam (pişnamaz) Allah tərəfindən olan bir mutərcimdir ki, camaat əhlinə (namaz qılanlara) deyir: “Siz Qiyamət gunundə Allahın əzabından amandasınız””.Mir Məhəmməd Baqir,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter