Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin oruc tutanlara tövsiyəsi!!


Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin dəyərli fikirlərinə diqqət edək. Alim demişdir: “Ramazan ayı – Allah qonaqlığı və Quran nazil olduğu aydır ki, onda əməllər haqqında düşünmək üçün münasib zaman vardır. Özünütərbiyə və qəflətdən uzaq olmaq üçün ən yaxşı fürsətdir.

“Rəməz” sözünün mənası “yandırmaq” deməkdir. Həmin ayda Böyük Allah, bəndələrinin günahını yandırar. İnsan bu ayda elə rəftar etməlidir ki, əməl və rəftarı oruc olduğundan xəbər versin.

Bu ayın orucundakı aclıq və susuzluq gərək Qiyamət günündəki aclıq və susuzluğu xatırlamağa yardım etsin. Hədislərə görə, əgər kimsə Ramazan ayında bağışlanılmazsa, gərək gözləsin ki, həcdə, Ərəfat çölündə İlahi rəhmət mehi ona tərəf əssin.

Bu əyyamda müsəlmanlar gərək yoxsulları və acları yada salsınlar. Çünki insanların bəzisinin səhər obaşdan yeməyi olmur, halbuki bir çoxları rifah içində yaşayırlar.
Qurani-Kərimə əməl etmək – həyatımızın zərurətlərindəndir. Cəmiyyətdə və iqtisadiyyatda olan bütün çətinliklər, Qurana əməl etməməyə görədir.

İnsan o zaman xilas olmuş olar ki, əmmarə nəfsin bütün bəlalarından xilas olsun.
Oruc tutmaq ancaq ac və susuz qalmaq deyildir. Dil də, bədənin bütün əzaları da oruc olmalıdır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter