Allah-Taala (c.c) dərgahında ən çox nifrət olunan şəxs kimdir?!
İmam Cəfər Sadiqdən (ə) soruşurlar ki, Allah yanında ən əziz və dəyərli insan kimdir? İmam (ə) buyurur: “O kəs ki, Allahı çoxlu yada salar və Ona çoxlu itaət edər”.
Soruşurlar: “Allah yanında nifrət olunan kəs kimdir?”.İmam (ə) buyurur: “O kəs ki, Allahı ittiham edər”.
Soruşurlar: “Allahı ittiham edən kimsə vardırmı?”.İmam (ə) buyurur: “Bəli, o kəs ki, Allahdan xeyir istəyər və ona çatan xeyirdən xoşu gəlməzsə və qəzəblənərsə, ona görə Allahı ittiham edər”.
“Başqa kim ittiham edər?”. İmam (ə) buyurur: “O kəs ki, Allahdan şikayət edər”.
Soruşurlar: “Allahdan şikayət edən kimsə vardırmı?”. İmam (ə) buyurur: “Bəli, o kəs ki, bəla görən zaman ona çatmamış şikayət edər və insanlara deyər”.
Soruşurlar: “Başqa kim?”.İmam (ə) buyurur: “O kəs ki, ona əta olunan zaman şükür etməz. Bəla görən zaman səbir etməz”.
Soruşurlar: “Allah yanında ən dəyərli insan kimdir?”.
İmam (ə) buyurur: “O kəsdir ki, nə zaman ona əta olunsa, şükür edər və bəla görməzsə, səbir edər”./Deyerler.