Əhli-Beyt (ə) bəlanı uzaqlaşdırmaq üçün hansı 6 əməli tapşırıblar?!


Qarşıdan gələn bəlaları dəf etmək üçün nə edək?

1. Dua. İmam Əli (ə) buyurur: “Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin”.
İmam (ə) yenə buyurur: “Həqiqətən də dua və bəla Qiyamət gününə qədər bir-biri ilə rəfiqdirlər və dua möhkəm bəlaları geri qaytarar”.
İmam Səccad (ə) buyurur: “Dua nazil olan və nazil olmayan bəlaları dəf edər”.

2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz”. (Tebyan)

3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin”.
“Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar”.

4. Valideynə yaxşılıq etmək. İmam Baqir (ə) buyurur: “Gizli sədəqə Allahın qəhr alovunu söndürər. Valideynə yaxşılıq etmək və sileyi-rəhm ömrü uzun edər”.
“Gizli sədəqə və ata-anaya yaxşılıq etmək yoxsulluğu aradan aparar, ömrü uzun edər və 70 növ pis ölümü uzaqlaşdırar”.

5. İsitğfar. Quran buyurur: “Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).

6. Təvəssül. İnsanların İlahi qürb məqamına çatması və hacətlərinin yerinə yetməsi üçün vasitələr lazımdır. Məsumlar (ə) bunun üçün ən yaxşı vasitələrdir. Din alimləri adətən işləri düyünə düşəndə bu məsum insanlara təvəssül edir və onları vasitə qərar verirlər. Həzrət Adəmin (ə) tövbəsi də məhz beş Ali-Əbanı (ə) vasitə qərar verdiyi üçün, Allah Təala tərəfindən qəbul olmuşdu./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter