Ramazan ayında Allah-Taala (c.c) oruc tutanlar üçün nələri verər?!
Həzrəti Peyğəmbərdən (s) nəql olunan hədislərdə buyurulur:
Ramazan ayında mənim ümmətim üçün beş üstünlük verildi ki, keçmiş ümmətlərdən heç kəsə verilməmişdir:
1-Allah-Taala (c.c) ramazan ayının birinci gecəsində kimə rəhmətlə baxarsa, heç vaxt onu əzab etməz!
2-Allah-Taala (c.c) dərgahında oruc tutanın ağızının iyisi bütün iyilərdən daha bəyəniləndir!
3-Allah-Taala (c.c) bu ayda oruc tutanlar üçün mələklər qərar verər ki, gecə-gündüz onlar üçün bağışlanma diləsinlər!
4-Allah-Taala (c.c) behiştə əmr edər ki, özünü oruc tutanlar üçün hazırlasın ki, onlar çətin olan dünyadan ayrılaraq ona tərəf gələcəklər!
5-Ramazan ayının son günündə hamını bağışlayar!
Səhabələrdən biri soruşdu: Qədr gecəsində bağışlayar yoxsa Qədr gecəsində?!
Hz cavabında buyurdu: Görünməyibmi ki, hər bir işçinin zəhmət haqqını işin sona çatmasından sonra verirlər!
Mənbə: Ayətullah Meşkininin Nəsihət kitabından.
(Qeyd: Bu hədisin məzmunu o dəstə insanlara aiddir ki, bu ayda üzürsüz orucu pozmamış və ya günah pərdəsini yırtmamışlar!!)-sualcavab.ge