Həzrəti Əlinin (ə) hədisinə əsasən 6 dəstə insanla dostluq faydasızdır?!
Həzrəti Əli (ə) dan nəql olunan hədisdə deyilir: Hər kimdə bu xüsusiyyətlərdən olarsa onunla dostluq etməyin faydası yoxdur! Əksinə ziyan verici insanlardırlar:
1-Dostu ilə danışanda yalançılıq etmək onların adətidir!
2-İnsanlar arasında həmişə başqalarını yalançı çıxartmağa çalışanlar! (onlar özlərindən başqa heç kəsi düz bilmir və ücblü-özünüsevənlərdirlər!)
3-O dəstə insanlar ki, başqlarının əmanətinə xəyanət edərlər! Onlarla dostluq xeyir verməzdir!
4-Əmanətdar insanlara töhmət və yalan nisbəti verən şəxslər! (özlərinin yalançı və xəyanətkar olmalarını bu yolla ört-basdır etməyə çalışırlar!)
5-Başqalarının yaxşılıqları qarşısında həmişə naşükür və qədirbilməzdirlər! (Belə şəxslər Allahı tanımazlar!)
6-Başqlarına xidmət və ya yaxşılıq edən zaman minnət qoyanlar! (belə insanlar həmişə dostlarını xar etməyə çalışırlar!
Mənbə: Mərhum Ayətullah Meşkininin nəsihətlər kitabından, səh: 252\\sualcavab.ge