İmanlı qalmaq üçün kimdən dəstək almaq zəruridir?!


Allah yolunda dost və düşmən olmaq – öz təsirini həm dünyada və həm axirətdə göstərər. Xüsusilə Allah yolunda dost olanların səmərəsi dünya həyatında təcəlli edər.

Allahın Peyğəmbəri (s) buyurur: “Qiyamət günü İlahi ərşin kənarına bir dəstə insan üçün masalar düzülər. Onların üzləri 14 günlük Ay kimi parlayacaqdır.

Bütün insanlar qəmgindirlər. Ancaq onların qəmi olmaz.
İnsanlar qorxarlar, ancaq onlar qorxmazlar.
Onlar İlahi övliyalardır ki, heç bir qorxusu və qəmi yoxdur”.


Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar kimlərdirlər?
Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah yolunda dostluq edərlər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa bir hədisdə buyurur: “Allah yolunda olan mömini sevmək – iman ağacının böyük budaqlarındandır. Agah olun, hər kim Allah yolunda dostluq edər, Allah yolunda düşmənçilik edər, Allah yolunda əta edər, Allah yolunda qadağa qoyar – o, Allahın seçilmişidir”.


Həzrət Peyğəmbər (s) yenə buyurur: “İmanın ən möhkəm dəstəyi – Allah yolunda dostluq etmək, Allah yolunda düşmənçilik etmək və Allah yolunda düşmən olanlardan bezar olmaqdır”.

İmam Sadiq (ə) buyurur: “O kəslər ki, Allah yolunda dostluq edərlər, Qiyamət günü nurdan olan minbərlərdə olarlar. Belə ki, üzlərinin nuru, minbərləri hər an aydın edər və ona görə tanınarlar. Sonra deyilər ki, onlar Allah yolunda dost olanlardırlar”

İmam Səccad (ə) buyurur: “Qiyamət günü Allah Təala məxluqları toplayar və carçı elə car çəkər ki, hamı eşidər: “Haradadır o kəslər ki, Allah yolunda dostluq rlər?”. Bir dəstə ayağa qalxar. Sonra onlara deyilər ki, hesab vermədən behiştə gedin”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter