Hz Peyğəmbərin (s) hədisinə əsasən düzgün olmayan ümid necə olur?!


“Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218).

Həzrət Peyğəmbər (s) buyurur: “Zirək insan o kəsdir ki, özünü hesaba çəkər. Ölümündən sonrası üçün əməl edər. Nadan isə o kəsdir ki, nəfsi istəklərinin ardınca gedər, əməl etmədən Allaha ümid bəsləyər”.

Şeytani ümid=
Həzrət Peyğəmbərin (s) bizə buyurduğu kimi, nadanların ümidi - şeytani ümiddir. Şeytan bu yolla insanları rahatladar və müxtəlif cür günahlara həvəsləndirər. Şeytan qoymaz ki, bu cür insan özünü müalicə etsin. Zəlalət quyusundan çıxmağa imkan verməz.


Bəzi insanlar deyir ki, Allaha ümid edirəm. Ancaq saleh əməllərə üz çevirməzlər. Onlar yersiz arzular etmiş və ona görə də günahlarının sayını artırmışdırlar. O kəs ki, Allaha ümid edər, gərək Onu əməlinin vasitəsi və mehvəri qərar versin. O kəs ki, İlahi əzabdan qorxar, gərək günahları tərk etsin. Əməli olmadan ümid bəsləmək - ağılsızlıqdır.

Belə insanlar bərzəx aləminə girən zaman pərdələr kənara çəkilər. Fəryad çəkərlər ki, gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl yerinə yetirək.

“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).


Həzrət Peyğəmbər (s) duasından buyurur: “Allahım! Mənə fayda verməyən elmə və təvazökarlıqla bəzənməyən qəlbə, maddiyyatdan doymayan nəfsə və yerinə yetməyən duaya görə Sənin müqəddəs Varlığına pənah aparıram”.

Ona görə də ey insan! Tənbəllik və süstlük etmə! Yolunu şeytanın yolundan ayır! Allaha pənah apar və Ondan istə ki, sənə həqiqi iman versin və saleh əməl görmək üçün inayət etsin. Çünki o kəs ki, iman əhlidir və saleh əməl sahibidir - qarşıda onu cəhənnəm deyil, behişt gözləyir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter