Bütün qövmlər üçün qİyamət günü eynİ gündür?
Cavab: Qurani-kərimdəki bəzi ayələr şəhadət verir ki, bütün qövmlər üçün “yəvmul-qiyamə” adlı bir qiyamət günü var. Nümunə üçün bəzi ayələri nəzərdən keçirək: “Göylərdə və yerdə olan bütün məxluqlardan elə biri yoxdur ki, Rəhmanın hüzuruna qul kimi gəlməsin; And olsun ki, Allah onları hesablamış və təkrar-təkrar saymışdır; Onların hamısı qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.” Digər bir ayədə belə buyurulur: “O gün biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik; Günahkarları isə cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.”