Məsumların hədisinə əsasən həqiqi möminin xüsusiyyətləri hansılardır?!
Həqiqi mömini səciyyələndirən bir sıra xüsusiyyətlər vardır:
1. Möminlərin yardımına tələsmək. Allah Təala buyurur ki, hər nə qədər möminlər bir şeyə ehtiyaclı olsalar, yenə də onları özündən üstün bil. Hər kim özünü dünya paxıllıq və hərisliyindən qoruyarsa, həqiqətən saleh əməl sahibi olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qəribə qürbətində hörmət edər, ya da onun çətinliyini aradan qaldırar, ya ona yemək verər, ya su ilə doyuzdurar, ya üzünə gülərsə behişt onun üçündür”.
2. Başqalarına qarşı ədalətlidir. Həqiqətən, Allah həmişə möminlərə ehsan və yaxşılıq etməyi əmr etmişdir. Həmçinin zülm etməkdən çəkindirmişdir. Uca Allah bizlərə qarşı mehriban olduğu üçün nəsihət verər və biz insanlar da gərək bu nəsihətlərə qulaq asaq. Allah buyurur ki, nə zaman insanların hakimi olsan, onların arasında ədalətli hökm çıxart. Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat ədalət 70 il ibadətdən yaxşıdır”.
3. Əzi Peyğəmbərimizə (s) salavat göndərər. Allah və mələkləri davamlı olaraq Peyğəmbərə (s) və onun pak nəslinə salavat göndərər. Ona görə də Allah buyurur ki, ey iman əhli, siz də Peyğəmbərə (s) salavat göndərin və onun əmrlərinə təslim olun.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir dəfə mənə salavat göndərərsə, günahından bir zərrə qalmaz”. “Hər kim mənə bir dəfə salavat göndərərsə, Allah afiyət qapısını onun üçün açar”.
4. Xəstələri ziyarət edər və dəfn mərasimində iştirak edər. Allah buyurur ki, bu dünyada etdiyiniz hər bir yaxşı əməlin savabı Allah yanındadır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xəstəni ziyarət edərsə, Allah onu behiştə daxil edər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim din qardaşı ilə elə görüşər ki, onu sevindirər, Allah da Qiyamət günü onu sevindirər”.
5. Allahı zikr edər. Allah buyurur ki, Məni yada salın ki, Mən də sizi yada salım.
6. Sədəqə verər və infaq edər. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə hadisəni dəf edər”. “Səqədə pis ölümü dəf edər”.
7. Yerində sükut edər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sükut edər, nicat tapar. Allah rəhmət etsin o kəsə ki, yaxşı danışar və bəhrələnər. Ya sükut edər və sağlam qalar. İnsanın rahatlığı dilinin gözəlliyindədir. Sükut edən peşman olmaz”.
8. Qəzəbini yatızdırar, mülayim olar. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala həyalı, mülayim və iffətli insanı sevər”.
9. Allaha hər bir halda şükür edər. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizə nemət çatsa, onun ən ali mərtəbəsini şükür etməməklə əldən verməyin”. İnsan şükür edərək, nemətini saxlamış və artırmış olar./Deyerler.