Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?
Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”.
Həzrət Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir?
Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”.
Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27).
Həzrət Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir./Deyerler.