Şəban ayının fürsətlərindən necə istifadə edək? Hədislər...
Şəban ayı bulud kimi başımızın üzərindən ötüb keçməkdədir. Bəs onun qalan günlərindən necə faydalana bilərik?
1. İstiğfar edərək. Məsumlarımız (ə) buyurur ki, bu ayda istiğfar etmək – günahların bağışlanmasına səbəb olar, hətta əgər həmin günahlar ulduzların sayı qədər olsa belə.
2. Mübarək Ramazan ayının başlamasına üç gün qalmış oruc tutmaq. Əgər hər kim bu ayın son üç gününü oruc tutub onu Ramazan ayının orucuna birləşdirərsə, xüsusi savaba malik olacaqdır. Həm vacib oruc üçün hazırlaşmış olacaq və həm də Allah yanında məqamı ucalacaqdır.
Həzrət İmam Rzanın (ə) buyurduğuna görə, bu insana iki ay dalbadal tutulan orucun savabı veriləcəkdir.
Əgər daha çox oruc tutmağa qadirsinizsə, o zaman bu cədvələ nəzər salın:
2 gün oruc tutmaq: böyük günahları bağışlayar.
3 gün oruc tutmaq: behiştdəki dərəcəsini 70 dəfə artırar.
4 gün oruc tutmaq: ruzinin artmasına səbəb olar.
5 gün oruc tutmaq: Allah bəndələrinin məhəbbətinə səbəb olar.
6 gün oruc tutmaq: 70 bəlanı dəf edər.
7 gün oruc tutmaq: şeytanın (lən) şərini dəf edər.
8 gün oruc tutmaq: dünyadan getməz o zamana qədər ki, Qüds hovuzundan su içər.
9 gün oruc tutmaq: mələklərin qəbirdə onunla mehriban olmasına səbəb olar.
10 gün oruc tutmaq: qəbrin genişlənməsinə səbəb olar.
11 gün oruc tutmaq: qəbrinə nurdan 11 minarə nəsb olunar.
12 gün oruc tutmaq: hər gün 70 min mələk qəbrini qiyamətə qədər ziyarət edər.
13 gün oruc tutmaq: 70 min mələk onun üçün istiğfar edər.
Həzrət Peyğəmbər (s) söz vermişdir ki, hər kim Şəban ayında oruc tutarsa, həmin adamın şəfaətçisi olacaqdır./Deyerler.