Qurani Kərimdə günahkarları tövbə dəvət edərək ümid verən ayə hansıdır?!


Təfsirçilərin nəzərinə görə, Quranın bu ayəsi – ən mehriban ayə hesab olunur. Belə ki, Quran buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Hədislərdə oxuyuruq ki, bu ayə nazil olan zaman şeytan (lən) qəzəbində elə nalə çəkir ki, özündən gedir. Deyir ki, bu ayənin nazil olması ilə mən çarəsiz oldum. Allah bu ayə ilə mənim belimi sındırdı. Çünki mən insanı yolunu azdırmaqda hər nə qədər səy etsəm də, Allah bu ayə ilə onlara bağışlanma vədəsi vermişdir. (Beytutə)

Bu ayədən çıxartdığımız nəticələr:

1. Allah bu ayədə günahkar bəndələrinə bağışlanma vədəsi verir.
2. Onlarda ümid çırağını yandırır.

3. Allahın nə qədər mehriban olmasından xəbər verir.
4. Allahın verdiyi bu vədə bütün günahkarlara aiddir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter