İmamların (ə) adı nəyə görə Quranda qeyd edilməyib?


Hansı səbəbdən İmamların (ə) adları Qurani-Kərimdə qeyd edilməyib? Bu sualın cavabını İmam Cəfər Sadiq (ə) öz səhabəsi olan Əbu Bəsirə gözəl şəkildə izah etmişdir. Bu suallar günümüzdə də çox aktualdır və hesab edirik ki, İmam Sadiqin (ə) bu barədə gözəl izahı həqiqi düşünənlər üçün bir ibrət olacaq.

Əbu Bəsir belə rəvayət etmişdir: \"İmam Cəfər Sadiqdən (ə) Azzə və Cəllə olan Allahın: \"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin\" (“Nisa” 59) ayəsi haqqında soruşdum.
İmam Sadiq (ə) buyurdu: \"Bu ayə Əli ibn Əbu Talib, (ə) Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur\". (Çünki bu üç İmam (ə), ayənin nazil olması zamanı yaşayırdılar).

Söylədim: \"İnsanlar deyirlər ki: \"Əlinin (ə) və Əhli-Beytinin (ə) adı Azzə və Cəllə olan Allahın Kitabında niyə keçmir?\"”.

İmam Sadiq (ə) buyurdu: \"Onlara deyin ki, Rəsulullaha (s) namaz qılmaqla əlaqədar əmr də nazil etmişdir. Ancaq Allah bu namazların üç rükətmi, dörd rükətmi olacağını açıqlamamışdır. Namazların rükət sayını Allahın Rəsulu (s) açıqlamışdır.

Ona zəkat verməklə əlaqədar əmr də nazil olmuşdur. Lakin insanlara, bunun qırx dirhəmə bir dirhəm verilməsi, Allahın Rəsulu (s) açıqlayana qədər açıqlanmamışdır.
Həcclə əlaqədar əmr də nazil olmuşdur. Amma “Kəbənin ətrafında yeddi dəfə təvaf edin” şəklində bir açıqlama gətirilməmişdir. Bu açıqlamanı Allah Rəsulu (s) etmişdir.

\"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin\" (“Nisa” 59) ayəsi də Əli, (ə) Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) Əli (ə) ilə əlaqədar belə buyurmuşdur: \"Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır\".

Həmçinin söyləmişdir: \"Sizə Allahın Kitabını və Əhli-Beytimi (ə) tövsiyə edirəm. Çünki mən Azzə və Cəllə olan Allahdan, hovuz başında mənim yanıma qayıdana qədər bu ikisini bir-birindən ayrılmamasını istədim. O da bu istəyimi qəbul etdi”.

Daha sonra: \"Əhli-Beytimə (ə) bir şey öyrətməyə cəhd etməyin, onlar sizdən daha çox bilirlər. Onlar sizi hidayət qapısından çıxarmaz və azğınlıq qapısından içəri daxil etməzlər\" buyurmuşdur.

Əgər Allah Rəsulu (s) bu açıqlamanı etməsəydi, qeyriləri əmr sahibi səlahiyyətinə sahib olduqlarını iddia edəcəkdilər. Lakin Azzə və Cəllə olan Allah, Peyğəmbəri (s) təsdiq etmək məqsədilə belə buyurmuşdur: \"Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir\". (“Əhzab” 33)



Allah Rəsulu (s) Əli, (ə) Həsən, (ə) Hüseyn (ə) və Fatiməni (s. ə) Ümmü Sələmənin evində bir örtüyün altında qoydu. Sonra belə buyurdu: \"Allahım! Hər Peyğəmbərin (ə) bir ailəsi və yaxınları vardır. Mənim ailəm və yaxınlarım da bunlardır\". Ümmü Sələmə xanım: \"Mən sənin əhlin deyiləmmi?\" deyə soruşdu. Peyğəmbər (s) buyurdu: \"Sən mütləq xeyirli bir məqama sahibsən. Lakin mənim əhlim və yaxınlarım bunlardır...\"””. (Mənbə: \"Üsuli-Kafi\", 1/286-287, Höccət kitabı, 64-cü bab və hədis 1)

Əllamə Məclisi və digər alimlərimiz bu hədisin sənədini səhih bilmişlər.

Yəni, bu hədisin mənası budur ki, namaz, zəkat və həcc ümumi olaraq Quranda gəlib. Bu əməllərin qaydalarınının bəzilərini Allah Rəsulu (s) açıqlayıb. Və beləcə də \"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin\" (“Nisa” 59) ayəsi də nazil olub və Allah Rəsulu (s) qeyd olunan məsələləri açıqladığı kimi, əmr sahiblərinin də kimlər olmasını açıqlayıb.

Həzrət Peyğəmbərin (s) öz açıqlamasına əsasən, əmr sahibləri Peyğəmbərin (s) Əhli-Beytidir (ə). Müqəddəs Quranda İmamların (ə) adları gəlməsə də, onlara \"əmr sahibləri\" olaraq işarə olunmuşdur. Necə ki namaz, zəkat və həcc kimi əməllərə işarə olunduğu kimi.=Elnur Əlizadə,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter