Necə edək ki, yalanı tamamilə tərk edək? Hz Peyğəmbərin (s) hədisi


Yalan elə kəbirə günahlardandır ki, başqa günahlar ondan mənbə alırlar. Misal üçün, Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Məsxərənin kökü – yalançılara etimad etməkdədir”. Əlbəttə, ancaq məsxərə deyildir, buraya başqa kəbirə günahlar da daxildir. O cümlədən: təkəbbür, başqalarının təhqir edilməsi, qeybət, töhmət, böhtan...
Bəs necə edək ki, bu xəstəlik bizi tərk etsin?

1. Ümumi qayda. Başqa günahlarda olduğu kimi, həmin günahın nə qədər çirkin olmasını və nəfsimizin nə qədər alçaq olmasını dərk etməliyik.

Həzrət Peyğəmbər (s) buyurur: “Yalançı, nəfsinin alçaqlığına görə yalan danışır”. Bu həqiqəti dərk edən insan, öz varlığının nə qədər şərəfli bir varlıq olması barəsində düşünməli və xilqətinin hədəfini tanımağa çalışmalıdır. Bilməlidir ki, Allah insanı behişt üçün xəlq etmişdir, cəhənnəm üçün deyil.

2. Təmrin etmək. Hər bir işin əvvəli insana həmişə çətin gəlir. Lakin bu yolda əzmli olmaq lazımdır. Özümüzü bu hədəfə doğru hərəkət etdirməliyik və möhkəm addımlar atmalıyıq. Özümüzü doğru sözlər deməyə məcbur etməliyik. Nə zaman bir söz demək istəsək, bir qədər səbir etməli və düşünməliyik ki, ağzımızdan yalan söz çıxmasın. Çünki, nəfsimiz artıq yalana adət etmişdir və onu bu adətindən çəkindirmək çətin işdir. Buna görə də danışan zaman tələsməyin, bir neçə saniyə səbr edib, düşünün və sonra danışın. İmam Əli (ə) buyurur: “Nə zaman bir şeydən qorxsanız, özünüzü ona atın. Çünki çəkinməyinizin şiddəti, qorxduğunuz şeydən daha böyükdür”. Yəni, bu yolda qorxu sizə vəsvəsə edə bilər. Ancaq qorxmayın. Çünki, Allahın bəyəndiyi işi görməyə çalışırsınız. Allah da sizə yardımçı olacaqdır. (Tebyan)

3. Sükut etməyi öyrənmək. Dilin bir çox bəlalarını sükut yolu ilə müalicə etmək olur. Söz hər nə qədər az olarsa, yükü də bir o qədər az olar. İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, mömin bəndə sükut edər, yaxşı əməl sahibi kimi yazılar. Ağzını danışmaq üçün açan zaman – (uyğun olaraq,) yaxşı əməl sahibi və ya pis əməl sahibi kimi yazılar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter