Şaban ayında ən çox tapşırılan əməllər hansılardır?!


Böyük İslam Peyğəmbəri (s) buyurur: “Şəban – şərəfli bir aydır və o, mənim ayımdır. Ərşi həml edənlər onu böyük tutarlar və haqqını tanıyarlar. Bu, elə aydır ki, Ramazan ayında olduğu kimi, bəndələrin ruzisi artar”.

Şəban ayı – bu hədisdən də göründüyü kimi, əziz Peyğəmbərə (s) məxsus olan şərəfli aydır. Həzrət (s) bu ayda həmişə oruc tutar və orucunu Ramazan ayına qədər davam etdirərdi. Həzrət (s) buyurardı: “Şəban – mənim ayımdır. Hər kim mənim ayımdan bir günü oruc tutarsa, behişt onun üçün vacib olar”.Şəban ayının müştərək əməlləri ilə tanış olaq:

1. Hər kim 70 dəfə deyək: “Əstəğfirullahəlləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul qayyum və ətubu iləyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram).

3. Bütün ay boyu deyək: “Lə iləhə illəllah və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun”. (Allahdan başqa məbud yoxdur, müşrüklərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək ona ibadət edirik).

4. Bu ayın hər cümə axşamı günündə iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 100 dəfə “Tövhid” (“İxlas”) surəsini oxumaq. Salamdan sonra isə 100 dəfə salavat demək. Sonra Allahdan hacətini istəmək.

5. Çoxlu salavat göndərmək.

6. Sədəqə vermək, hətta xurma dənəsinin yarısı qədər olsa belə. İmam Sadiq (ə) buyurur: “Hər kim Şəban ayında sədəqə verər, Allah o sədəqəni böyüdər. Necə ki, siz təzə anadan olmuş dəvə balasını bəsləyərsiniz, həmçinin (həmin sədəqə) də Qiyamət günü sədəqə verənə çatacaqdır, o halda ki, Ühüd dağı boyda olacaqdır”.

7. Təfəkkür etmək və sükut etməyi təmrin etmək. 8. Allahla çoxlu münacat etmək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter