İnsan dünya hadisələrində Allahın hikmətinə söykənməli və ya təvəkkülünə?!


Nəql olunur: Bir gün Hz Musa (ə) xəstələndi! Bəni İsrail həzrətin vəziyyətindən xəbərdar olduqda onun yanına gələrək dedilər: Əgər filan dərmanı içərsənsə şəfa taparsan! Hz Musa (ə) buyurdu: Dərmanla sağalmaram ta o zamana ki Allah-Taala (c.c) dərmansız mənə şəfa versin! Onun xəstəliyi uzandı Allah-Taala (c.c) ona vəhy etdi: And olsun izzətimə! Səni sağaltmaram deyilən dərmanı içməyincə!

Hz Musa (ə) Bəni-İsrailə buyurdu: Deyilən dərmanla məni müalicə edin. Onu müalicə edərək sağaltdılar!

Bu hadisə Hz Musanın (ə) qəlbində narahatçılığa səbəb oldu. Allah-Taaladan (c.c) Musaya (ə) vəhy olundu: Mənə təvəkkülü hikmətimdən üstün tutmaq istədin?! (Yəni heç zaman təvəkkül hikmətdən öndə tutulmamalıdır! )
Ey Musa! Ot və ağaclara şəfa vermə gücünü Məndən başqa kim vermişdir?!

Məhəmməd Hüseyn Məhəmmədi, Min bir əxlaqi hekayələr kitabından, cild-2 səh: 96.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter